Sitemizi sosyal medyada paylaşmak için lütfen sosyal medya ikonlarına tıklayınız.


  Ara

50% DAHA UCUZ!


Bu kısım reklamlarınız için ayrılmıştır. Her boyutta reklam için lütfen site yöneticisi ile irtibata geçin.


Reklam vermek için tıklayın...

Size özel reklamlar!
 Овен
Овен
 Телец
Телец
 Близнецы
Близнецы
 Рак
Рак
 Лев
Лев
 Дева
Дева
 Весы
Весы
 Скорпион
Скорпион
 Стрелец
Стрелец
 Козерог
Козерог
 Водолей
Водолей
 Рыбы
Рыбы
 Овен
Овен
 Телец
Телец
 Близнецы
Близнецы
 Рак
Рак
 Лев
Лев
 Дева
Дева
 Весы
Весы
 Скорпион
Скорпион
 Стрелец
Стрелец
 Козерог
Козерог
 Водолей
Водолей
 Рыбы
Рыбы

Весы


Гороскоп 2013 года...

Ежегодный гороскоп | Ежемесячный гороскоп | Ежедневный гороскоп | Совместимость Знаков | Черты

Əziz Tərəzilər 2013 ili xüsusilə ilin ilk yarısı istəklərinizi həyata keçirməniz üçün son dərəcə uyğun bir dövr olacaq. Təhsil həyatı davam edənlər üçün çox müvəffəqiyyətli bir il sizi gözləyir, bəziləriniz magistratura doktorantura cəhdində ola bilərsiniz. Bəziləriniz də girdikləri bir imtahanın nəticəsində sevinə bilərlər, ancaq bu sevinc heç gözləmədikləri "olmaz" dedikləri bir müvəffəqiyyət olacaq ki, buna olduqca çaşacaq və bir o qədər də sevinəcəksiniz. Bu il əgər xariclə əlaqəli bir işi gözləyirsinizsə, bu reallaşacaq. Bəziləriniz keçən il etibarı ilə yeni bir yerə köçdünüz və hələ də bu yeni yerə alışa bilməmiş ola bilərsiniz. Ev həsrəti, ailə həsrəti çəkməyə davam edəcəksiniz, ancaq bunu da bilin bu işin sonu "gözəl" olacaq yalnız "səbirli olun". Yeni yerlər görmə istəyinizin artacağı bu ilin, dediyimiz kimi xüsusilə ilk yarısı, tətil planları həftə sonu gəzintiləri fəaliyyətləriniz arasında olacaq. Ailə və yoldaşlar ilə keçiriləcək gözəl və şən tətillər, birlikdə planlanacaq parti və gəzintilər də sizi gözləyir. Bu günə qədər çatmaq istədiyiniz yerlərə getmək və bəzi sərhədləri aşmaq üçün fürsət tapa bilərsiniz. Evli olanların yoldaşları ilə aralarında kiçik mübahisələr xaricində problemləri olmayacaq, bu mübahisələrin səbəbi əsasən uşaqlarınıza görə ola bilər. Bəziləriniz uşaqları ilə əlaqədar kədərlərlənə bilərlər. Uşaq sahibi olanların, xüsusilə yetkin yaşda uşaqları olanların, bu il uşaqlarıyla daha çox maraqlanmağında fayda vardır, onların dost mühitini tanımanız sizin üçün yaxşı olacaqdır. Bu problemlər ilin ilk yarısı özünü çox bildirməyəcəyi üçün maraqlanmayacaqsınız ancaq maraqlanmadığınız təqdirdə ilin ikinci yarısı böyümüş olaraq qarşınıza çıxacaq, əvvəldən tədbirinizi alın. Sevimli Tərəzilər 2013 Yanvar - Fevral etibarilə bir çox mövzuda şanslısınız. Bəzi gözəl səfərlər edə bilər, duyğularınızı lazım olduğu kimi ifadə edə bilər və insanlarla uyğun əlaqələr qura bilərsiniz. Əgər sizdən uzaqda yaşayan ailə fərdləriniz varsa onlardan bəzi xoşbəxt xəbərlər ala bilərsiniz. Mart ayı boyunca yoldaşınızdan qaynaqlanan bir miras işi ilə sizin məşğul olmağınız lazım gələ bilər. Sizi ziyarətə gələnlər olduğu kimi, sizin də ziyarətə getdiyiniz insanlar olacaq. Sevdiyiniz bir yoldaşınızın çətinliklərinə ortaq ola bilər, ondan gələcək bir kömək istəyini qəbul edə bilərsiniz. Aprel - May dövründə Tərəzi bürcü, dostlarınızın sizi heç hesabda olmayan yerlərə dəvət etmələri, bir səfərə çıxmanız, yeni kəslərlə tanış olmanız və bu kəslərlə qarşılıqlı bir yaxınlıq duyaraq dostluğunuzu inkişaf etdirməniz mümkündür. İyun sonu yaxınlaşan bəzi mənfilikləri hiss edə bilər və buna görə də narahat ola bilərsiniz. Əvvəlcədən sıxılmanızın sizə heç bir faydası yoxdur. İyul etibarilə bəzi kəslərin birdən birə sizə arxa çevirdiklərini və açıqca qarşı gəldiklərini görərək çaşa bilərsiniz. Bu dövr sevdiyiniz bir yoldaşınızın sizə olan soyuq rəftarları da cansıxıcı ola bilər. Hər şeyə baxmayaraq tamamilə pis bir dövrdə də deyilsiniz. Tərəzi bürcləri, Avqust ağır irəliləyən işlərinizə lazım olan sürəti qazandırmanıza uyğun bir müddətdir. Sentyabr - Oktyabr dövrü sizi üzən ya da düşündürən bir şey varsa o mövzularda rahatlaya bilərsiniz. Yeniliklər ola bilər ya da bəzi fikirlər ala bilərsiniz. Dostlarınızın yanaşmaları sizdə yeni fikirlərin oyanmasına və mövzunu daha asan görmənizə də səbəb ola bilər. Noyabr ayı planladığınız və çox istədiyiniz bəzi şeylər siz heç bir şey etmədən özbaşına reallaşa bilər və ya hərəkətə keçməyiniz üçün hər cür təşviqi görə bilərsiniz. Əlavə olaraq pul mövzularında da şansınız açılacaq. Dekabr ayı isə işlə əlaqəli ortaq işlərin gətirdiyi maddi qazanclar sayəsində dinc olacaqsınız.

2013 TƏRƏZİ BÜRCÜ İŞ HƏYATI

Tərəzilər iş yerinizi, qrupunuzu böyüdə bilər, planlı proqramlı hərəkət etsəniz gələcəyinizi zəmanət altına ala biləcəyiniz sərmayələrdə iştrak edə bilərsiniz, xüsusilə işi birja kimi mövzularla əlaqədar olanlar bu il olduqca şanslı olacaqlar, yeni iş mühitləri tapa bilər, maraqlı fürsətlərlə qarşılaşa bilərsiniz, dəyişik yerlərdən və dəyişik proyektlərdən pul qazana bilərsiniz. Tək Tərəzi bürcü İyul ayına diqqət deyək gəlir gətirər düşüncəsiylə bilmədiyiniz işlərə girişməmənizdə fayda var. Sentyabr Oktyabr etibarilə bəziləriniz iş yerini ya da işlədiyiniz firmanı dəyişdirə bilər. Bu il yalnız İyul, Avqust etibailə işlərinizdə bir durğunluq yaşana bilər bunun xaricində qazanclı bir il olacaq.

2013 TƏRƏZİ BÜRCÜ EŞQ HƏYATI

Tərəzi bürcləri bu il içində son dərəcə cana yaxın və cazibədar bir görünüşdə olacağınız üçün qarşı cins əlaqələrinizdə də şanslısınız. Ancaq yaxşı davam edən bir əlaqəsi olan Tərəzilər üçün xüsusilə ilin ilk ayları üçün bir xəbərdarlıq etməkdə fayda var: hələ proyekt mərhələsində olan bir qarşı cins münasibətilə əlaqədar düşüncələriniz varsa bilməlisiniz ki, başınızda qurduğunuz əlaqə sizin üçün uyğun deyil və riskli. Nə olacağı naməlum vəziyyətlər üçün yaxşı davam edən şeyləri riskə atmanız doğru olmaz. Əgər istəsəniz yeni bir eşq macərası başlatmağa ya da fikrinizdə biri varsa onunla yaxınlıq qurmağa uyğunsunuz, ancaq dediyimiz kimi yaxşı davam edən bir əlaqəni riskə atmayın. Sonunda kədərlənə bilərsiniz. Əgər bu dövr problemsiz sovuşdurulsa xüsusilə evli olanlarınız yoldaşlarıyla son dərəcə uyğunluq içində olacaq və bu il sanki eşq təzələyəcəklər. Evliliyi problemli olanlar üçün də xüsusilə Mart ayında gərgin dövrlər yaşana bilər, ancaq onlarda ailə böyüklərinin araya girməsi ilə yoldaşları ilə aralarını düzəldəcək. Ailə böyüklərinin işə qarışmağı, uzlaşmaq üçün etdikləri cəhdlər, sizi də yoldaşınızı da ümid etmədiyiniz bir şəkildə məmnun edəcək. Bu vaxt tək olanlar ya da eşqdən yana şansım yox deyənlərə xüsusilə Fevral, Aprel, May, Sentyabr sonu bu dövrlərə diqqət deyək. Bir də görəcəksiniz ki, axtardığınız insan qarşınıza çıxmış. Ancaq axtardığımı tapdım deyəcəyiniz bu il qısa iş səyahətləri, yoldaş yığıncaqları, ya da tətil üçün olduğunuz məkanlarda tanış olacağınız kəslərlə qısa müddətli əlaqələr yaşanacaq, hətta bunlardan bəziləri sizə olduqca təsir edəcək. Əgər tənha bir qadınsınızsa May ayı içində romantik təbiətli bir kişi ilə tanış olmağınız da mümkündür.

2013 TƏRƏZİ BÜRCÜ SAĞLAMLIQ

Ümumi mənada Tərəzi bürcü 2013 sizin sağlamlığınızın yerində olduğu bir il olacaq, ancaq kürək və qıç ağrılarından şikayət edə bilərsiniz. İstirahət etməyə vaxt ayırdiğınğz və bəslənmənizə diqqət etdiyiniz təqdirdə problemsiz bir il keçirəcəksiniz. Mart - Aprel etibarilə bir yaxınınızın sağlamlıq problemlərinə kədərlənə bilərsiniz.