|
ЛевГороскоп 2013 года... Ежегодный гороскоп | Ежемесячный гороскоп | Ежедневный гороскоп | Совместимость Знаков | Черты |
İlin ilk ayları Yanvar - Fevral etibarilə ailənizlə əlaqədar mövzularla daha çox maraqlanmanız lazim gələcəkdir. İctimai həyat və yoldaşlarla bərabərlik kimi mövzularda ümidverici xəbərlər ala bilərsiniz. Əziz Aslan bürcləri 2013də gələcəyə dair qurduğunuz ümidlərdə gözəl dəyişmələr, inkişaflar yaşana bilər. İş həyatınızda meydana gələn müsbət dəyişikliklər, ev həyatınızı da nizama qoya bilər. Yeni bir yerə daşınmaq, ailənizlə əlaqədar mövzularda da yeni qərarlar almaq məcburiyyətində qala bilərsiniz. İş yükünüz xüsusilə bu ilin ortalarından etibarən arta bilər və yeni şərtlər, təkliflərlə qarşılaşa bilərsiniz. Uşaq sahibi olanlar üçün bu il uşaqlarının məktəb həyatlarındakı müvəffəqiyyətlərindən ötrü xoşbəxt olduqları bir il olacaq. 2013 Mart etibarilə siz Aslan bürclərini yeni qərarlar almağa məcbur edən dəyişikliklər ola bilər. Optimizminizi qorumalı, romantik baxımdan məcburiyyət tələb edən əlaqələri mülayim yönlərinizlə aşmalısınız. Razılaşmaların birdən istiqamət dəyişdirəcəyi şərtlər içinə girə bilərsiniz. Ancaq bir çox mövzuda sizi cəsarətləndirən mövzular da olacaq. Xüsusilə öyrədici sahədə şanslı təsirlərlə mənəvi qazanacaqsınız. Əlaqələr və ortaqlıqlar ilə əlaqədar yeni dəyişikliklər yaşana bilər. Apreldə şərtlər məcburi və yorucu ola bilər. Birdən ortaya çıxan dəyişikliklər qarşısında çaşa bilərsiniz. Ruhi baxımdan yenilənmək, üzüyola olmaq sizə çox şey qazandıracaq. Gözlədiyiniz maddi dəstəklərin sürətlənməsi ilə qərarlarınız dəyişə bilər. Bu dövrdə keçmiş hesablaşmalar içində ola bilərsiniz. May ayında ümumiyyətlə xoşbəxt bir atmosfer içindəsiniz və meydana gələn inkişaflar sizə də bəzi mövzularda cəsarət qazandıra bilər. Bu günə qədər düşünmədiyiniz bəzi işlər haqqında planlar qurmağa başlamağınız mümkün ola biləcək. İyun ayında yeniliklərin və ani dəyişikliklərin gətirdiyi çətinliklərlə mübarizə edə biləcəksiniz. Karyerada və ya ofis mühitində yaşanan dəyişmə sizi daha girişkən olmağa məcbur edə bilər. Tamamlanmağı lazım gələn məsuliyyətlər və evlə əlaqədar problemlər arasında sıxışa bilərsiniz. Çox pessimist olmağa meylli olduğunuz bir dövrdü bu. Hər şey sizə çətinlik verə bilər, mənfi görünə bilər. Sizə verilən sözlərin tutulmaması üzündən ürəyiniz sıxıla bilər. Tək qala bilərsiniz və ya siz tək qalmağı seçə bilərsiniz. Bəzi məşğuliyyətlərinizin nəticəsi puç ola bilər. Ailənizdən bir adamın içində olduğu maddi problemlər səbəbiylə yaşanan bəzi anlaşmazlıqlar və narahatlıqlar sizə də əks oluna bilər. Bu vəziyyət sevglinizlə aranızda bir soyuqluq olmasına səbəb ola bilər. Əziz Aslan bürcü 2013 ili İyul ayında ətrafda sizin üçün çox əhəmiyyətli ola bilməyən bir adamın dəstəyini almanız çətinliklərinizin yüngülləşməsini təmin edə bilər. Avqust - Sentyabr etibarilə yaşca sizdən böyük olan kəslər ilə olan əlaqələrinizdə gərək maddi gərəksə mənəvi baxımdan dəstək ala bilərsiniz. Ailənizdə bəzi mövzularda alınacaq ortaq qərarlarla yeni bəzi dəyişikliklər də olacaqdır. Ancaq riskli sayıla biləcək işlərdən uzaq dayanmalısınız. Oktyabr, Noyabr, Dekabr dövrü Aslan bürcləri üçün həm iş həm də ev həyatı daha rahat və dinc olacaq. Sevimli Aslan bu dövrdə həyatınıza yeni kəslər girə bilər, ailəyə yeni fərdlər qatıla bilər, kiçik qonaqlıqların təşkil edildiyi sevindirici hadisələr yaşana bilər. 2013 ASLAN BÜRCÜ İŞ HƏYATI 2013 ASLAN BÜRCÜ EŞQ HƏYATI 2013 ASLAN BÜRCÜ SAĞLAMLIQ |