Yüksələn bürcünüz
Yüksələn Bürc doğulduğunuz sırada üfüq xəttindən yüksələn bürcdür. Görünüşü və özünüzü necə gördüyünüzü təmsil edər. İnsan dünyaya gəldiyi tarixdə günəşin içində olduğu bürc o insanın bürcü olaraq qəbul edilir. Günəş bürcü və ya əsl bürc 30 yaşa qədər təsirini çox göstərməyinə baxmayaraq daha sonra yüksələn bürc dövrəyə girər. Astrologiyada adamın doğum anında Şərq üfüqündə yüksəlməkdə olan bürcə yüksələn bürc deyilir. Hər nə qədər biz özümüzü tək bir bürcün təsirindəymişik kimi düşünsək də, yüksələn bürcümüz 30 yaşdan sonra xarakterimizə maraqlı xüsusiyyətlər əlavə edəcəkdir. Aşağıda təxmini olaraq yüksələn bürcünüzün hansı bürc olduğunu tapa bilərsiniz. Tapdığınız Yüksələn üçün şübhəniz varsa (sizə uyğun gəlmirsə) əvvəlki və sonrakı Yüksələn bürclərə baxmanızda fayda vardır. Lakin ən sağlam təyin etmə metodu üçün doğum xəritənizə baxmanız yaxşı olacaqdır.