Sitemizi sosyal medyada paylaşmak için lütfen sosyal medya ikonlarına tıklayınız.


  Ara

50% DAHA UCUZ!


Bu kısım reklamlarınız için ayrılmıştır. Her boyutta reklam için lütfen site yöneticisi ile irtibata geçin.


Reklam vermek için tıklayın...

Size özel reklamlar!
 Овен
Овен
 Телец
Телец
 Близнецы
Близнецы
 Рак
Рак
 Лев
Лев
 Дева
Дева
 Весы
Весы
 Скорпион
Скорпион
 Стрелец
Стрелец
 Козерог
Козерог
 Водолей
Водолей
 Рыбы
Рыбы
 Овен
Овен
 Телец
Телец
 Близнецы
Близнецы
 Рак
Рак
 Лев
Лев
 Дева
Дева
 Весы
Весы
 Скорпион
Скорпион
 Стрелец
Стрелец
 Козерог
Козерог
 Водолей
Водолей
 Рыбы
Рыбы

Телец


Гороскоп 2013 года...

Ежегодный гороскоп | Ежемесячный гороскоп | Ежедневный гороскоп | Совместимость Знаков | Черты

2013′də bu bir illik müddət, eşqdə və hər cür fərdi ifadənizdə şans sizinlə olacaq. Həyatdan zövq almaq, eşqdən yana xoşbəxt olmaq və hər cür şans oyununda böyük qazanclar gətirəcək. Bu il boyunca həyat yoldaşınız üçün çox fədakarlıq edə bilərsiniz. Həyat yoldaşınızın fikirləri ilə razılaşmadığınız üçün aranızda komunikativ problemləri yaranacaq. Ayrıca iş həyatınızda məsuliyyət sahibi, çox işləyə bilən və vəzifələrini ən yaxşı şəkildə icra edən intizamlı və çalışqan bir adam halına gələcəksiniz, bu il ətrafınızdakı insanlar sizi çox məsafəli və soyuq hesab edə bilərlər. Ətrafınıza qarşı təmkinli və məsafəli olacaqsınız. Sirlərinizi paylaşmaqdan xoşlanmayacaqsınız. İyul etibarilə ətrafınızdakı insanların duyğularına qarşı yüksək nisbətdə həssas olacaqsınız bu müddətdə dürüst düşüncələr içində olmağa çalışın. Buğalar pul mövzularda heç ümid etmədiyiniz bir anda enişlərlə qarşılaşa bilər ya da maddi mənada problemlərlə qarşılaşma ehtimalı var. Yenə bu vaxt bəzilərinizin təhsil həyatı ilə əlaqədar məşğuliyyətləri ola bilər. Avqusta diqqət. Bu ay ideya baxımından gərgin vəziyyətlər meydana gələ bilər. Buğa bürcü 2013 Avqust sonu bir yoldaş və ya qohumunuzun bir mövzuda sizdən kömək istəyəcək bu mövzuyla maraqlanacaq, yəni bu dövrdə özünüzdən çox yaxın ətrafınızın işləri ilə məşğul olcaqsınız. Sentyabr başı bəzilərinizin həyatında bir tanışlıq bəlkə iş hayatında yüksəlmə ya da yeni bir işə başlama sektor dəyişikliyi ya da iş səbəbiylə reallaşacaq şəhər dəyişikliyi kimi inkişaflar ola bilər. Ancaq bunuda qeyd etməkdə fayda var ki, bu vəziyyət sizi məmnun edəcək. Oktyabr etəbarilə Buğalar sizə çox uzaq görünən mövzuların müzakirələrində iştrak edə bilər əlaqəniz olmadığını düşündüyünüz insanlarla görüşmənizi tələb edən işlər gündəmə gələ bilər. Oktyabr bir az qarışıq görünür sizi yoracaq mübahisələr yaşanacaq kimi görünür. Bu dövrdə, sağlamlığınıza xüsusilə diqqət yetirməniz lazımdır. Etibarsızlıq duyğusu, özünüzü çox aşağılarda görmək və ya dəyərsiz hiss etmək kimi duyğulara sahib ola bilərsiniz. Dekabr kimi daşınmaz əmlak alış-verişləri gündəmə gələ bilər. Bəziləriniz yoldaşının ya da yoldaşının tərəfindən miras işləri ilə əlaqədar olacaq.

2013 BUĞA BÜRCÜ İŞ HƏYATI

Sevimli Buğalar 2013 ili gərgin bir iş tempi sizi gözləyəcək. Ora bura qaçmaqdan vaxtın necə keçdiyini anlamayacağınız bir ofis mühiti. Öz işinin müdiri olanlarında bu il gərgin işlə məşğul olacaqları gözəl qazanclar təmin edəcəkləri bir ildir. Bəziləriniz Aprel etəbarilə bir ortaqlıq düşünə bilər ya da bir yaxınından bir təklif gələ bilər ancaq bu işə girmədən əvvəl yaxşı ölçüb biçməniz də fayda var. Əgər məntiqinizi ön plana alaraq hərəkət etməsəniz zərər görə bilər və bəzi əhəmiyyətli itkilərlə qarşılaşa bilərsiniz. May sonrası artan iş tempinizlə birlikdə zehin yorğunluğu da olacaq bu dövrdə sağlamlığınıza əlavə diqqət göstərməlisiniz. İyunda uzun vədədə gəlir gətirə biləcək sərmayələr edə bilərsiniz. Buğa bürcü bu dövrdə girişəcəyiniz işlərdən peşman olmayacaqsınız. İyulda bəzilərinizin xariclə əlaqəli iş cəhdləri məmnun edici nəticələr verə bilər. Kimiləri isə, bu dövrdə yeni axtarışlar içində ola bilər ya da gözlənilməz bir iş təklifini qəbul edərək , mövcud işindən ani bir qərarla istefa edə bilər. Xüsusilə Sentyabr sonrası dövrə diqqət yetirin, bu aylar daha qazanclı olacaq. Noyabr sonrası uzun bir müddətdir gözlədiyiniz pul əlinizə keçə bilər. Hərçənd bu periodda maddi bir çətinlik yoxdur ancaq daha da rahatlamış olan büdcənizlə birlikdə lüks xərcləmələr edə bilərsiniz.

2013 BUĞA BÜRCÜ EŞQ HƏYATI

2013 Buğa bürcü, çıxacağınız bir səfər nəticəsində sürpriz bir hərəkətlilik yaşana bilər. Romantik həyatınızda sizi məmnun edəcək inkişaf yaşaya bilərsiniz. Eşqdə böyük bir ehtiras və həyəcan veririci təcrübələr gözlənilir. İlin son dövrü də eşq həyatınızda və birlikdəliklərinizdə uyğun enerjilərin təsiri altındasınız. Evlilərin ailələri ilə olan bərabərlikləri artacaq. Evlilərin bu il ana ata olması da mümkün. Fevral maraqlı bir aydır, vərdişlərinə bağlı və qaydalara itaət edən tipləri seçəcəksiniz. Martda, evlilik qərarlarınızı gecikdirməlisiniz Apreldə, səhv başa düşülmək istəmədiyiniz üçün, sevginizi içinizdə yaşamaq istəyə bilərsiniz. Əslində, insanları gözünüzdə böyütmənin bir mənası yoxdur. Bu dövrdə, qarşınızdakı adama olan heyranlığınızı çox şişirdə bilərsiniz. İyunda bəzilərinizin iş əhatəsində başlayan dostluqlar məhəbbətə çevrilə bilər. Buğalar İyul ayında gücünüzün yavaşladığını hiss edərək, özünüzü geri plana çəkmə ehtiyacı duya bilərsiniz. Daxil olacağınız təşkilatların axtarılan adamısınız. Gözəl və ahəngli söhbətlərinizlə ətrafınızı ovsunlayırsınız. Yaxın yoldaşlarınızla və qardaşların da qatıldığı təşkilatlarda gözəl əməkdaşlıq içindəsiniz. Sentyabrda köhnə duyğular gündəmə gələ bilər keçmiş sevgililərinizdən gələn bir xəbər melanxoliyaya səbəb ola bilər. Bu dövr bir az özünüzü dinləmək, düşünmək istəyə bilər və qaraqabaq ola bilərsiniz ancaq var olan əlaqənizi təhlükəyə atacaq hərəkətlərdən çəkinmənizdə fayda var. Bu dövrə bir az diqqət edin. Bu dövrü problemsiz keçirə bilməniz əlaqəsinizin daha möhkəm təməllərə oturmasını təmin edəcək. Noyabr etibarilə əlaqənizi bir addım irəli aparmaq məqsədiylə hərəkətə keçə bilərsiniz. Dekabrda dərin duyğular içində olacaqsınız. Sevimli Buğa bürcü, cazibədar bir mövqedəsiniz. Gizli bir cazibədarlığınız var. Gözlər sizin üzərinizdə, olduğunuz mühitlərdə maraqlı söhbətlər edir və ətrafınızı asanca təsir altına almağı bacarırsınız.

2013 BUĞA BÜRCÜ SAĞLAMLIQ

Buğa bürcləri mədənizlə əlaqədar problemlər ortaya çıxa bilər qazlı içkilərdən uzaq durmanızda fayda var. Ayrıca bu il təzyiq problemi olanlar özlərinə daha çox diqqət etsin. Çox kilo almaq olmaz. İyula diqqət, kəsici və yanıcı maddələrdən uzaq durmalısınız. Alət istifadə edirsinizsə, diqqətli olmalısınız. Sümüklərinizlə əlaqədar problemlər yaşaya bilərsiniz.