Sizin və sevgilinizin nə qədər uyğun olduğunu bilmək istəyərsinizmi?
Sizin və sevgilinizin nə qədər uyğun olduğunu test etmək üçün, bürclərinizi seçin və göstər düyməsinə basın. Qırmızı göstərici uyğunsuzluğu, yaşıl göstərici ortaq bir çox istiqamətiniz olduğunu, mavi göstərici isə uyğun olduğunuzu izah etməkdədir. Ümumiyyətlə torpaq bürcləri su bürcləriylə, hava bürclərisə atəş qrupuyla yaxşı anlaşır. Ayrıca ümumi məlumat olaraq bunu ifadə etməkdə fayda vardır: Bürclər qonşuluqlarındakı bürclərlə yaxşı anlaşa bilməzlər. Ən yaxşı uyğunlaşma bürclərin arasında 3 bürc və ya 1 bürc olduğu haldır. Lakin daha detallı məlumat üçün bu kafi deyildir.
Ayrıca bunu ifadə etməliyik ki, bu sevgi testi olduğu üçün yalnız eşq mənasında sizə işıq tutacaq. Bu test iş, yoldaşlıq və ailə əlaqələri üçün doğru olmayacaqdır.
Bunun səbəbi doğum xəritəsi şərhində də tez-tez qarşılaşacağınız qovuşma, kvadrat, üçbucaq, ziddiyət kimi vəziyyətlərlə bağlıdır. Məs:
- Bürclər eynidirsə : Qovuşma vəziyyəti faydalıdır və yaxınlaşdırar.
- Bürclər qonşudursa: Otuzluq vəziyyətidir və gərginlik yaradar.
- Bürclər arasında 1 bürc varsa: Altmışlıq vəziyyətidir və ahəng və anlayış verər.
- Bürclər arasında 2 bürc varsa: Kvadrat vəziyyətidir və gərginlik verər.
- Bürclər arasında 3 bürc varsa: Üçbucaq vəziyyətidir və böyük yaxınlıq verər.
- Bürclər arasında 5 bürc varsa: Ziddiyyət vəziyyətidir və gərginlik verər